Əgər kirayə götürən şəxs vergilərdən azad deyilsə, bu zaman 18 faizlik əlavə dəyər vergisi qiymətlərə daxil edilir.

Qiymətə daxildir: məhdudiyyətsiz millə ölçülən məsafə, siğorta (ətraflı aşağıda 3-cü bənddə) Nəqliyyat vasitəsinin Vəziyyəti haqqında Hesabatda (NVH) təsvir edilmiş təhlüksizlik avadanlığı və periodik baxım
Qiymətdən çıxılır: VAT, yanacaq, sürücü xidmətləri və bu müqavilədə şərtlənməyən digər xərclər.

Siğorta
Qiymətlər aşağıda göstərilənlərlə məhdudlaşan siğortaları əhatə edir:

Siğorta
Toqquşma zamanı dəyən ziyanın ödənilməsindən imtina (CDW)
Oğurluqdan mühafizə (OM)

Əhatə edir
Nəqliyyat vasitəsinin bütün dəyəri, əlavə 100.00 USD
Nəqliyyat vasitəsinin bütün dəyəri, əlavə 100.00 USD
Üçüncü tərəfin məsuliyyəti (ÜTM)

Bir qəza üçün 25,000.00 USD məbləğindən yüksək

Şəxsi qəza siğortası (ŞQS)                                                 Hər şəxs üçün 10,000.00 USD məbləğindən        
yüksək

Bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsi qəza yerindən tərpədilməməlidir, CDW siğortasının qüvvədə qalması üçün yaxın polis şöbəsindən qəza haqqında və alkoqol müayinəsi haqqında hesabatlar alınmalıdır. Əks halda siğorta qüvvədə olmayacaq və kirayəçi bütün itkilər üçün məsuliyyət daşıyacaq.

CPW aşağıdakı hallarda etibarsız sayılır:
1.1 Qəza anında sürücü spirtli içki və ya narkotik maddənin təsiri altında olduqda;
1.2 Əgər kirayəçi (kirayə götürən şəxs) yol hərəkəti qaydalarını pozarsa, (yüksək sürət, yarış, müvəqqəti və ya daimi sürmək üçün bağlı yerlərdə maşın sürmə və s.). Qeyd: Kirayəçi Azərbaycanda maşın sürməzdən əvvəl Azərbaycan Yol Hərəkəti Qaydaları ilə tanış olmalıdır;
1.3 Əgər Kirayəçi nəqliyyat vasitəsinin idarəsini 22 yaşından aşağı / və ya qüvvədə olan sürücülük icazəsi olmayan şəxsə etibar edərsə. Bu o deməkdir ki, Kirayəçi özü bu şərtlərə tabe olmalıdır. Bütün hallarda yalnız KAUKASUS MOTORS şirkətinin İdarə Heyəti tərəfindən imzalanmış və möhürlənmiş KAUKASUS MOTORS şirkətinin Hüquqi Vəkalətinə malik şəxslərə nəqliyyat vasitəsini idarə etmək hüququ verilir. Heç bir halda KAUKASUS MOTORS şirkəti qüvvədə olan sürücülük icazəsi olmayan və ya minimum bir ildən az sürücülük təcrübəsi olan şəxslərə HV vermir.
1.4 Əgır Kirayəçi siğorta ekspertini və KAUKASUS MOTORS şirkətinin müdirini qəza baş verdikdən dərhal sonra xəbərdar etməyi unudursa;
1.5 Əgər Kirayəçi nəqliyyat vasitəsini siğorta ekspertinin gəlişindən əvvəl qəza yerindən tərpədərsə. Qeyd: əgər zərər çəkmiş nəqliyyat vasitəsi normal hərəkətə (axına) mane olarsa, Kirayəçi siğorta ekspertinə zəng vurmalı və yalnız onun icazəsindən sonra, nəqliyyat vasitəsini qəza yerindən tərpətməlidir.
1.6 Əgər Kirayəçi nəqliyyat vasitəsinin işləmə mexanizmində, işlək hissələrində və əyləc sistemində icazə verilməmiş dəyişikliklər edərsə. Qeyd: əgər Kirayəçi nəqliyyat vasitəsinə hər hansı əlavə avadanlığın quraşdırılmasını və dəyişikliklərin edilməsini arzulayırsa, bu KAUKASUS MOTORS şirkəti ilə müzakirə olunmalı və razılaşdırılmalıdır və KAUKASUS MOTORS şirkəti öz növbəsində siğorta şirkətini CDW siğortasını qüvvədə saxlaması üçün xəbərdar etməlidir.
Oğurluqdan mühafizə (OM)siğortası aşağıdakı hallarda etibarsız hesab edilir:
1.7 Əgər Kirayəçi oğuluq aşkar edildikdə nəqliyyat vasitəsinin ona məxsus açar dəstini təqdim etməyi unudursa;
1.8 Əgər Kirayəçi açarların nüsxəsini (surətini) çıxardırsa və KAUKASUS MOTORS şirkətini xəbərdar etməyi unudursa; Qeyd: əgər Kirayəçi ona məxsus açar dəstini itirərsə, o dərhal məlumat verməli və KAUKASUS MOTORS şirkətindən açarların nüsxəsini xahiş etməlidir və KAUKASUS MOTORS şirkəti öz növbəsində siğorta şirkətinə OM siğortasını qüvvədə saxlamağı məsləhət görməlidir.
TİP: Bütün hallarda Kirayəçi nəqliyyat vasitəsini təhlükəsiz yerlərdə və ya qorunan hazır dayanacaqlarda saxlamağa cəhd etməlidir.

Siğorta aşağıdakıları əhatə etmir:
CDW siğortası ilə ödənilən qəza və ya insidentlə nəticələnməyənə qədər təkərlərin partlamasını və deşilməsini;
Ehtiyatsız və təhlükəsizlim qaydaların ariayət etmədən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində işləmə mexanizmlərinin, işlək hissələrin  və bədənin zədələnməsini;
Saxlanma Şərtləri, yanacaq, yağ və ya su azlığına qarşı diqqətsizlik nəticəsində baş verən daxili və xarici zədələri;
Siğortalar yalnız Azərbaycan ərazisində etibarlıdır.

Müqavilənin Pozulması:
Bu müqavilə Kirayəçi tərəfindən 30 gün əvvəldən yazılı məktub ilə ləğv edilə bilər. Kirayəçi yuxarıda göstərilən 30 gün bildiriş müddəti ərzində nəqliyyat vasitəsindən istifadə hüququnu saxlayır. Cərimə xərcləri əvvəlcədən razılaşdırılmış kirayə müddətindən asılı olaraq tətbiq ediləcək.  

Bu müqavilə ödəmə qəbzi alındıqdan sonra ödəmə müddətinin 30 gün gecikdirildiyi halda KAUKASUS MOTORS şirkəti tərəfindən ləğv edilə bilər.

Baxım və Təmirlər
KAUKASUS MOTORS şirkəti bağlanmış müqavilənin bütün müddəti ərzində KAUKASUS MOTORS şirkətinin qeydlərinə əsasən periodik baxım (yağlama, ehtiyat hissələri və iş) və nəqliyyat vasitələrinin təmirinə məsuliyyət daşıyır.
KAUKASUS MOTORS şirkəti aşağıdakı hallarda təmirə ayrılan müddətə görə nəqliyyat vasitəsinin dəyişdirilməsini təchiz etməlidir:
Əgər müntəzəm təmir işləri 24 saatdan çox tutarsa
Qəza baş verdiyi və ya Kirayəçinin Müqavilənin 3-cü paraqraf və münasib yarımparaqrafları ilə razılaşaraq Siğorta İşləmlərinə riayət etdiyi halda.
KAUKASUS MOTORS şirkəti aşağıdakı hallarda nəqliyyat vasitəsinin dəyişdirilməsini təchiz etməməlidir:
Əgər müntəzəm təmir işləri 24 saatdan az tutarsa.
Əgər Kirayəçi Siğorta İşləmlərinə riayət etməyi unudarsa.
Kirayə Şərtləri
Kirayəçinin istənilən səbəbə görə nəqliyyat vasitəsini  hər hansı bir şəxsə satmağa, kirayə verməyə və borc verməyə ixtiyarı yoxdur və ya o bunların heç birinə cəhd edə bilməz. 
Vergilər
İştirakçı tərəflərdən hər biri hal-hazırda və gələcəkdə sahib olacağı mülkiyyət, lizinq, əmlak və ya nəqliyyat vasitələrindən istifadə ilə əlaqədar təyin edilə bilən özünəməxsus vergilərə malik olacaq          (yerli, dövlət, muxtar respublika vergisi və s.).
Ödəmə Şərtləri
Ödəmə aylıq olaraq ödəmə qəbzi alındıqdan sonra 30 gün ərzində yerinə yetirilməlidir. Bütün ödənişlər nəğd yolu ilə və ya KAUKASUS MOTORS şirkətinin hesablarından birinə bank köçürməsi yolu ilə ödəmə günü mövcud olan valyuta məzənnəsinə uyğun şəkildə Milli Bankda Azərbaycan Manatı (AZN) və ya US dolları ilə həyata keçirilməlidir.
Öhdəliklər
Hər bir tərəf digərini onun mülkiyyətinə və ya işçilərinin, məmurlarının və agentlərinin mülkiyyətinə dəyən ziyan və zərərlərlə əlaqədar irəli sürülən istənilən iddialardan qorumalı və mühafizə etməlidir. Əlavə olaraq, tərəflər bir-birini həm də işçilərinin ölümündən və ya zərər çəkməsindən qaynaqlanan, yaxud bunlarla əlaqədar olan istənilən iddialardan qorumalıdır.
Başa düşülməlidir ki, bu müqavilənin Şərtlərinə görə Nəqliyyat vasitəsi KAUKASUS MOTORS şirkətinin mülkiyyətidir.  
Mühüm əhəmiyyətə mailk İtki
İştirakçı tərəflərdə heç biri müqavilənin şərtlərinə əsasən digəri qarşısında mənfəət, gəlir və ya gəlirlərin itkisi ilə nəticələnən, lakin məhdudlaşmayan əməkdaşlığın pozulmasından doğan dolayı və ya birbaşa ziyanlar üçün cavabdeh deyil.
Qəza Şərtləri
Bu müqavilədəki qiymətlər, müddətlər və şərtlər normal iş vəziyyəti mövcud olduqda etibarlıdır. Əgər KAUKASUS MOTORS şirkətinin idarəsindən kənarda qeyri-normal şərait meydana gələrsə, KAUKASUS MOTORS şirkəti mövcud olan iş vəziyyətlərinə lazımi qaydada təsir etmək üçün müqavilədəki iqtisadi münasibətləri və şərtləri dəyişmək və ya müqavilənin ləğvi ilə əlaqədar şərtlərə təsir etmək hüququnu saxlayır.
Fors Major
KAUKASUS MOTORS şirkəti öz nəzarəti xaricində baş verən hadisələr – tətillər, lakout, vətəndaş itaətsizliyi, hər hansı hökumət və ya icra hakimiyyətinin fəaliyyəti, yanacaq çatışmamazlığı və anormal hava şəraitləri zamanı müştərini nəqliyyat vasitəsi ilə təmin etmədiyi halda məsuliyyət daşımır. KAUKASUS MOTORS şirkəti belə halların təsirini məhdudlaşdırmaq üçün bütün münasib səylərdən istifadə edəcək və real surətdə mümkün olan kimi öz öhdəliklərinin normal fəaliyyətini bərpa edəcəkdir.
Müqavilənin Dəyişdirilməsi
Hər iki tərəfin yazılı və imzalanmış razılığı olmadan muqavilədə aparılan heç bir dəyişiklik təsdiq edilməyəcək.